Modern.az

“Xəzər Dəniz Gəmiçiliyi”nə yeni sədr müavinləri təyin olundu - ÖZƏL

“Xəzər Dəniz Gəmiçiliyi”nə yeni sədr müavinləri təyin olundu - ÖZƏL

22 May 2014, 17:07

Nazirlər Kabinetinin 24 yanvar 2014-cü il tarixli 18 nömrəli qərarına əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturu təsdiq təsdiq olundu və qurum 31 yanvar 2014-cü il tarixdə dövlət qeydiyyatından keçdi.  

Bundan sonra QSC-in strukturu ilə bərabər işçi tərkibində də müəyyən dəyişliklər edildi.

Modern.az saytı xəbər verir ki, yeni yaradılmış qurumda struktur dəyişikliyinə uyğun olaraq  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə də sədr müavinləri də təyin olunub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin köməkşisi Vüqar Sadıqov məlumatı təsdiq edərək, Modern.az-a açıqlamasında  bildirib ki,  Muxtar Bəhram oğlu Axundov Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini, Cəlal Həsənağa oğlu Fərəcli isə sədrin iqtisadi məsələlər üzrə müavini təyin olunub.

QSC sədrinin köməkşisi onu da qeyd edib ki, hazırda “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin saytı üzərində iş gedir. İyun ayında sayt öz işinə başlayacaq və “Xəzər Dəniz Gəmiçiliyi” ilə bağlı operativ xəbərləri oradan almaq mümkün olacaq.

Azərbaycan Prezidenti İlham Əliyev ötən il oktyabrın 22-də Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasını ləğv edərək, onların əsasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti yaradıb.
Yeni yaradılan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə sədr isə Rauf Göyüş oğlu Vəliyev təyin edilib.

Gültəkin ƏLƏSGƏR

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi