Modern.az

Postmodernist yazarlar sərt tənqid olundu

Postmodernist yazarlar sərt tənqid olundu

22 May 2014, 18:00

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət (ABUC) Prezident yanında  QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və  təhlilinə dair təşəbbüslər” adlı layihəsi çərçivəsində “Poeziya sahəsində ədəbi cərəyanların təsnifatlaşdırılması və onların yeri” mövzusunda mətbuat konfransı keçirib.

Modern.az
xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Məlahət Xəlilova növbəti dəfə postmodernist yazarların milli ədəbiyyat ənənələrinə qarşı olmalarını tənqid edib. O, bildirib ki, postmodernizm poeziyaya gətirildikdən sonra yazılan bir sıra şeirlərdə küçə dilindən istifadə edilir:

“Özlərini “gələcəkçilər” (futurizm) adlandıran bu tip yazarlar poeziyaya gətirdikləri yeni dillə Mussolinin hakimiyyətinin möhkəmlənməsinə xidmət edirdilər. Futurizmin poeziyaya gətirilməsi ilə şeirlərdə ənənəvi qaydalar ləğv edildi. İndiki mühitdən fərqli olaraq, 90-cı illərin əvvəllərində Azərbaycanda şairlərin şeirlərində estetik ideallara bağlanma, onların əsərlərini sevmək, üslublarını mənimsəmək tendensiyaları var idi”.

ABUC-un sədri, yazıçı-publisist Yunus Oğuz deyib ki, poeziyada realizmin inkişaf etdirilməsinin tərəfindədir. “Realizm klassizm və romantizmin ortaya qoyduğu absurd fikirlərə etiraz reaksiyasıdır. Realizmin məqsədi gündəlik həyatın qərəzsiz, elmi əsaslarla araşdırılması və bir elm adamının tibbi kəşflərinə oxşar obyektiv dünyagörüşü ilə ortaya qoyulmasıdır. Realizmin əsasında güclü fəlsəfi düşüncə yatır. Realizm əsasən nəsrə aid edilsə də, hesab edirəm ki, poeziyada da onu inkişaf etdirmək olar”.

Ekspert Fatma Abbasquliyeva isə hesab edir ki, poeziyada romantizmin təbliği şeirin çərçivəsinin genişləndirilməsinə səbəb ola bilər. O , romantizm klassizmin nizamlılıq, uyğunluq, balanslılıq və ideallaşdırma kimi xüsusiyyətlərə etiraz edib. Qeyd edək ki, tədbir mövzu ətrafında çıxışlarla davam etdirilib. 



Rafiq Qənbərov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi