Modern.az

Ramiz Mehdiyev iqtidarda PARÇALANMA iddiasını rədd ETDİ: “Komanda monolitdir”

Ramiz Mehdiyev iqtidarda PARÇALANMA iddiasını rədd ETDİ: “Komanda monolitdir”

23 May 2014, 02:00

“Prezident İlham Əliyevin komandası kifayət qədər monolitdir. Bu barədə ABŞ səfrinin sözlədikləri onun növbəti yanlışlığıdır. Onun sözlərinin həqiqətlə heç bir əlaqəsi yoxdur”. Modern.az bildirir ki, bu barədə Prezident Adminsitrasiyasının rəhbəri Ramiz Mehdiyev AzərTAC-a müsahibəsində vurğulayıb.

“Azərbaycanın uğurlu xarici və daxili siyasəti belə çirkin Mövqeyə ən yaxşı cavabdır. Ölkə höküməti milli maraqların tələb etdiyi qaydada balanslı xarici siyasət aparır.Bu balanslı xarici siyasəti hakimiyyətdə monolitliyin olmaması kimi qələmƏ vermək xəyalı həqiqət kimi göstərmək cəhdidir. Daha doğrusu təxribatdır”-deyə Ramiz Mehdiyev bildirib.

PA rəhbərinin sözlərinə görə, hökümət xarici siyasəti müəyyənləşdirən zaman ayrı-ayrı şəxslərin rəğbətindən və antipatiyasından deyil ölkənin həyati maraqlarından çıxış edir. “Bu maraqlar Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında əks olunub. Səfir istəsə tanış ola bilər” “Görünür səfir bu sözləri deyərkən öz dövlətinin praktikasından çıxış edib. ABŞ siyasi elitası arasında siyasətin bu vəya digər istiqaməti haqqında ciddi fikir ayrılğı mövcuddur. Bunun ən bariz nümunəsi ötən il şahidi olduq: ABŞ prezidenti bir il ərizndə Azərbaycana səfir təyin edə bilmədi. Məgər bu ABŞ siyasi elitası areasında fikir ayrlığının göstəricisi deyil?” R.Mehdiyevin sözlərinə görə, bu fakt gstərir ki, ABŞ-ın Cənubi Qafqazdakı siyasəti erməni lobbisinin əhavlından asılıdır. “Məncə, hər şeyi öz adı ilə çağırmaq lazımdır. Səfir də bunu hamıdan yaxşı bilməlidir”

 

X.SƏFƏROĞLU         

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi