Modern.az

YAP müxalifətlə dialoqdan İMTİNA etdi: “Leyla Yunusu dəstəkləyənlərlə bir masa ətrafında ola bilmərik”

YAP müxalifətlə dialoqdan İMTİNA etdi: “Leyla Yunusu dəstəkləyənlərlə bir masa ətrafında ola bilmərik”

23 May 2014, 13:14

“Erməni kəşfiyyatına işləyən Leyla Yunus və onun kimilərini müdafiə edən qüvvələrlə, o сür şəxslərlə ümumxalq maraqları üçün bir araya gəlmək düzgün deyil. Bundan sonra onlarla bir stol arxasında necə oturub dialoq, müzakirə aparmaq olar?..”.

Bunu Modern.az saytına açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı iqtidar-müxalifət dialoqunun perspektivini şərh edərkən deyib. Onun sözlərinə görə, ümummilli məsələlərdə iqtidarla müxalifət bir nöqtəyə vurmalı olduğu halda, onlar Leyla Yunusun müdafiəsinə qalxırlar.

YAP rəsmisi onu da  bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan ciddi işlər görür. “Azərbaycanın NATO standartlarına cavab verən qüdrətli ordusu var. Cənubi Qafqaz və MDB məkanında ən yeni hərbi texnikalara malik ölkəyik. Ordu strukturlarında dəyişikliklər aparılır. Azərbaycan ordusu hər zaman işğal altındakı torpaqları azad etməyə qadirdir”.

Hakim partiya funksioneri deyib ki, Ermənistan daxili problemlərini həll etməkdən ötrü Dağlıq Qarabağ münaqişəsi ətrafında təxribatlar həyata keçirməyə çalışır.
“Biz buna görə bir neçə siyasi partiya ilə Qarabağ probleminə dair birgə tədbirlər keçirmişik”,-deyən S. Novruzov Qarabağ məsələsində hamını bir nöqtəyə vurmağa çağırıb.

“Hamı bir olmalıdır, amma bu gün bəzi şəxslər Leyla Yunusun müdafiəsinə qalxırlar”.

Aqşin Kərimov  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi