Azərbaycanın tanınmış gənc şairi Aqşin Yeniseyin səhhətində ciddi problemlər yaranıb.
O, dünən yaxınlarının köməyilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin nə yerdə olması ilə bağılı AzNews.az-ın əməkdaşı şairin özü ilə əlaqə saxlayıb. A.Yenisey onda ağır xəstəliyin aşkar olunduğunu deyib:
“Qaraciyərimə su yığılıb. Bu da zamanla çevirilib qaraciyər serozzu xəstəliyi yaradıb”.
Onun sözlərinə görə, hazırda Kliniki Tibbi Mərkəzdə müalicə kursuna başlayıb: “Hazırda xəstəxanadayam. Burada müalicə olunacam. Bilmirəm, nə olacaq. Amma narahatçılığa əsas yoxdur”.
***
“Aqşinin vəziyyəti çox pisdir. O, ağır xəstədir. Onda müayinə zamanı alkoqol mənşəli hepatit aşkarlandı. Qarnına su yığılıb. Onda həm qaraciyər serozu var, həm də sarılıq xəstəliyi...” .
Modern.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında şair Aqşin Yeniseyi müalicə edən Kilinik Tibbi Mərkəzin həkimi Tofiq Seleymanov deyib. Onun sözlərinə görə, A.Yeniseylə bağlı hələlik ümidverici söz demək çətindir: “Tibbdə bu çox ağır xəstəlik hesab edilir. Ümid edək ki, yaxşılaşar”.
Modern.az