“Gənc yaradıcı insanların - şairlərin, yazıçıların, jurnalistlərin, içtimai faydalı işlə məşğul olan (imkansızların, kommersiya fəaliyyəti istisnadır) 3 aydan bir ödənişsiz tam müayinəsi üçün tərəfimdən "Loğmed" klinikasına göstəriş verilib”.
Modern.az saytı xəbər verir ki, bunu "Loğmed" klinikasının sahibi, keçmiş millət vəkili Nazim Məmmədov bəyan edib.
“Profilaktika məqsədi ilə müraciət edənlərin tibbi tarixçəsi yaradılacaq. Qeydiyyat üçün tel: (012) 421 03 93.e-mail: [email protected]”-deyə Nazim Məmmədov bildirib.
Modern.az