Litvada keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrinə görə Dalya Qribauskayte yenidən dövlət başçısı seçilib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ilkin məlumata görə Qribauskayte seçicilərin 57 faizinin səsini toplayıb. Onun ikinci turdakı rəqibi olan Sosial-Demokrat Partiyasının namizədi Ziqmantas Balçitis Avropa Parlamentində yer qazana bilib. Qribauskayte Litvaya 2009-cu ildən rəhbərlik edir. O, Moskvanın ünvanına tənqidi fikirləri ilə fərqlənir. Ölkənin xanın rəhbəri siyasi karyerası ərzində Litvanın maliyyə naziri və Avropa Komissiyasının büdcə və maliyyə planlaşdırılması komissarı işləyib.
Modern.az