Modern.az

Röyadan fantastik addım - 1 milyon manatlıq sığorta

Röyadan fantastik addım - 1 milyon manatlıq sığorta

26 May 2014, 11:33

Məşhur müğənni Röya Ayxan səsini və konsertlərini sığortalamağı planlaşdırır. Modern.az-ın məlumatına görə, bu barədə fins.az-a müğənninin prodüseri  Kənan Bayramov bildirib. Onun sözlərinə görə, müğənninin komandası sığorta xidmətlərindən bir neçə məsələdə yararlanmaq niyyətindədir. Bunlardan biri yayda keçirilməsi planlaşdırılan konsertlərdir: "Məsələn, bizim yayda açıq havada  konsertimiz olur. O konserti sığortalamaq istəyirik. Çünki yağış yağa bilər, konsert təxirə salına və ya vaxtı dəyişdirilə bilər. Eləcə də konsert vaxtı sağlamlıqda problem ola bilər, bilet satışın problem yarana bilər".

Prodüser belə halların konsertin baş tutması baxımınlan mühüm əhəmiyyət daşıdığını bildirib: "Sadə bir misal: səhnə kirayələnir, işıq, səs  sistemi qurulur, musiqiçilər, rəqqasələr gəlir, çəkiliş olur, bütün komanda yığışır. Sonra yağış yağır, konsert təxirə düşür.  Onların hər biri artıq pulunu alıb. Pulda bilet satışından  əldə olunan gəlirdən ödənilir. Bəs biletlər necə geri qaytarılsın? Risklər böyükdü və mütləq sığortalamalıyıq".

Qeyd edək ki, avqustun sonu, sentyabrın əvvəlində Röyanın 3-4 günlük konserti nəzərdə tutulub. Prodüserin sözlərinə görə, həmin konsertlərin sığortalanması nəzərdə tutulur: "Konserti sığortalamaq məsələsi  üzərində də düşünürük. Artıq  Türkiyə və  Rusiya sığorta şirkətlərinə  müraciət etmişik. Uyğun şərtlərlə güman ki, onlardan biri ilə işləyəcəyik. Əgər  razılaşsaq müqavilə bağlayacağıq. Hələ ki,  heç  bir məsələ razılaşdırılmayıb".

İlkin məlumata görə, konsertlərin hər birinin 150-160 min manat arasında sığortalanması nəzərdə tutulub: "Çünki konsertlərin  bir günün dəyəri təqribən  bu qədərdir".
K.Bayramov bildirib ki, konsertlərlə yanaşı, Röya Ayxanın səsini də sığortalamaq nəzərdə tuğulur: "Nəzərə alsaq ki, onun bütün fəaliyyəti səsi üzərində qurulub bu çox vacibdir".

İlkin planlara görə, məşhur müğənninin səsinin sığortası üçün sığorta məbləği 1 milyon manatdan aşağı olmayacaq. Bu rəqəmi müəyyənləşdirəndə müğənninin qarşadakı illərdə gözlənilən gəlirlərin məbləği nəzərə alınıb: "Röya xanımın səsini  1 milyon manatdan yüksək  sığortalamaq istəyərdik. Məsələn, onun  ən azı 10 il fəaliyyət göstərəcəyini nəzərə alsaq və bu  müddətdə gəlirləri  fikirləşsək,  bunun üçün ən azı 1 milyon  manat lazımdır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi