Qarabağ müharibəsi əlili Tofiq Cəfərov deyir ki, Sumqayıt şəhər Novxanı bağları, “Qurd dərəsi” massivində yerləşən evlərin çoxuna sənəd almaq mümkün deyil. Bu da bağların, binaların üzərindən çox təhlükəli, hər an qırılma ehtimalı olan yüksək gərginlikli elektrik xəttinin keçməsilə izah olunur:
“Bu xəttin istifadə müddəti neçə illərdir bitib, amma hələ də işləyir. Bu işlə məşğul olan qurumlara dəfələrlə müraciət etmişik. Bizə söyləyiblər ki, bu xətlər yığışdırılacaq, ya başqa yerlərə köçürüləcək, ya da yerin altıyla keçəcək və onda sənəd veriləcək. Sonuncu müraciətimizin üstündən 5-6-il keçməsinə baxmayaraq, hələ də bir iş görülmür. Hazırda 300-dən yuxarı həyət, bağ evləri bu xətlərin altındadır. Sizdən çox xahiş edirik, bu xətlərin yığışdırılmasına və bizim sənəd almağımıza kömək edəsiniz. Eşitdiyimizə görə, tapşırıqlar verilib, amma icra olunmur. Çox xahiş edirik, ümidimiz sizədir, neçə illər işləyib olmazın əziyyətlərlə, dişimizlə-dırnağımızla bağ düzəldib ev tikmişik. Lakin bu evlərə sənəd ala bilmirik. Mən özüm Qarabağ müharibəsi əliliyəm. Bütün sağlamlığımı döyüşlərdə itirmişəm. Ammabu gün başımın üstündəki damımı sənədləşdirə bilmirəm".

Modern.az