Modern.az

Hüquq müdafiəçilərinin siyahısından kimlər əfvə düşüb? - AÇIQLAMA

Hüquq müdafiəçilərinin siyahısından kimlər əfvə düşüb? - AÇIQLAMA

Təhsil

26 May 2014, 16:20

 

“Əfv fərmanı bizi qane etmir. Bu, dövlətçiliyə ləkə gətirəcək bir işdir”. Modern.az xəbər verir ki,  bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu bu gün imzalanan əfv fərmanına münasibət bildirərkən deyib.   

O, Musavat.com-a açıqlamasında bildirib ki, çox sayda hüquq müdafiəçisi 9 nəfərlik siyahı hazırlayaraq dövlət başçısına və beynəlxalq təşkilatlara təqdim etsə də, siyahıdan cəmi 5 nəfər əfvə düşüb:

“Leyla Yunusun siyahısında 130 nəfər var idi. Biz onlarda 29-nu seçdik və çoxlu hüquq müdafiəçisi müraciət imzaladıq. İndi bizə deyirlər ki, o adamların apellyasiyası olmadığından, əfvə düşməyib. Bu, doğru deyil. Bu işlərin hamısı prezidentdən asılı idi, bu, humanist addım idi və hər şey prezidentin əlində idi. İstəsə, həmin şəxsləri buraxa bilərdi və Avropa Şurasında təmsil olunmaqdan ötrü alnı açıq gedərdik. İndi hansı siyahı ilə gedəcəklər? Bu, Azərbaycan dövlətçiliyinə ləkə gətirəcək, indi 130 nəfərlik siyahı çıxacaq ortaya, neyləyəcəklər?

O əfv siyahısında ki, Tofiq Yaqublu, İlqar Məmmədov yoxdur, Yadigar Sadıqov yoxdur, Nida-çılar, jurnalistlər yoxdursa, bu, Azərbaycan üçün doğrudan başucalığı gətirmir. Nə olacaq? Avropadan bir zərbə olacaq”.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu