Modern.az

“Poroşenkonun prezident seçilməsi Azərbaycan-Ukrayna münasibətlərinə müsbət təsir göstərəcək”

“Poroşenkonun prezident seçilməsi Azərbaycan-Ukrayna münasibətlərinə müsbət təsir göstərəcək”

Təhsil

26 May 2014, 16:28



“Ukraynada yekun nəticələr hələlik tam bəlli deyil. Ona görə də konkret nəsə deyə bilmərəm”. Bunu Modern.az-a Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Eldar İbrahimov deyib:
“Mən də Ukrayna seçkilərini televiziyadan izləmişəm. Bilirəm ki, Poroşenko 54 faiz səslə prezident seçilib. Hesab edirəm ki, Poroşenkonun prezident seçilməsi gələcəkdə Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına müsbət təsirini göstərəcək və  iki dövlət arasındakı əlaqələr  daha da möhkəmləndirəcək”.

Eldar İbrahimov Ukrayna parlamentində təmsil olunan deputatlarla əlaqələrindən də danışıb: “Hazırda Ukrayna parlamenti ilə əlaqələrimiz yoxdur. Oradakı  məlum hadisələrdən sonra Ukrayna parlamentinin bir neçə deputatı ilə  əlaqə saxlamaq istəsəm də, bu mümkün olmayıb. Telefonlara zəng vursam da, cavab verilməyib”.

Qeyd edək ki, mayın 25-də Ukraynada prezident seçkiləri keçirilib. Pyotr Poroşenko səs çoxluğu ilə qalib gəlib.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu