Modern.az saytı xəbər verir ki, ATV telekanalında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının Suriyada çəkilişdə olarkən vurulduğu barədə xəbər yayılıb.
“Məlumat düzdür. Maşın atəşə tutulub. Bizim əməkdaşlarımızla danışanda o anda maşın atəşə tutulub. Qışqırıb ki, “atəşə tutulduq". Atəş səsi də gəlirdi. Elə ondan sonra da telefon əlaqəsi kəsilib. Səhərdən biz də çalışırıq ki, əlaqə yaradaq, ancaq heç birinə - nə özünə, nə də operatoruna zəng çatır. İndi biz də müxtəlif yollarla görək necə əlaqə yarada bilirik”.
Bunu Modern.az-a açıqlamasında ATV telekanalının “Xəbərlər” departamentinin baş redaktoru Vaqif Aydınoğlu deyib.
Aparıcının ayağından xəsarət aldığı bildirilir.
Modern.az