Modern.az

Donetsk hava limanında döyüş gedir

Donetsk hava limanında döyüş gedir

Təhsil

26 May 2014, 16:54



Qondarma “Donetsk Xalq Respublikası” nümayəndələrinin zəbt etdiyi Donetsk beynəlxalq hava limanında döyüş gedir, atəş və partlayış səsləri eşidilir. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, jurnalistləri hava limanına yaxın buraxmırlar. Şəhər üzərində qırıcı təyyarələr və vertolyotlar uçur. Sosial şəbəkələrdə yayılan məlumata görə, Donetskdəki hava limanı üzərində Ukrayna Silahlı Qüvvələrinin 6-8 vertolyotu və 2 qırıcı təyyarəsi görünüb. Qondarma respublika yaraqlılarının hava limanının terminalında güc strukturlarının 200 əməkdaşını mühasirədə saxladığı da bildirilir.

  Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu