Gənclər üçün Təhsil Mərkəzi yeni kitabın hazırlanmasına başlayıb. Kitab xarici ölkələrin ali təhsil sisteminə həsr olunub. Modern.az xəbər verir ki, nəşrin tərtib olunmasında məqsəd azərbaycanlı gənclərin xarici ölkələrin təhsil sistemi, ali məktəblərinə qəbul qaydaları, təhsil həyatı və zəruri xərcləri, eyni zamanda müxtəlif təhsil müəssisələrinin dünya üzrə göstəriciləri barədə məlumatlandırılmasına şərait yaratmaqdır.
Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bu kitabın digərlərindən fərqi barədə bildirərək, onun müəlliflərinin məhz xaricdə təhsil almış məzunlar və ya hazırda təhsil alan gənclər olduğunu qeyd edib. Əlavə edib ki, hər bir ölkənin təhsil sistemi haqqında həmin ölkənin ali məktəbində təhsil almış insan məlumat verərsə, burada daha dəqiq praktik məsələlər öz əksini tapar. Konkret olaraq, bu kitabda tərcümə və ya təkrarçılığa yol verilməyəcək. Kitab cari ilin sentyabr-oktyabr aylarında tam hazır olacaq.
Modern.az