Modern.az

Moskvada azərbaycanlı sahibkar tutuldu

Moskvada azərbaycanlı sahibkar tutuldu

Təhsil

26 May 2014, 17:17

Moskvada Qərbi Biryulevo rayonundakı tərəvəz bazasının sahiblərindən biri olan Rasim Sadıqov saxlanılıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, beynəlxalq axtarışa verilən Sadıqov iki aydan sonra paytaxta gələn yollardan birində tutulub.

Biryulevdəki “Yeni Çeremuşki” tərəvəz bazasında ötən ilin oktyabr ayında baş verən kütləvi qarşıdurmada yerli sakin Yeqor Şerbakov öldürülmüşdü. Rasim Sadıqov beynəlxalq axtarışa verildikdən iki ay sonra Belarusdan Moskvaya qayıdırmış. Saxlanılandan sonrakı istintaq hərəkətləri zamanı Sadıqovun səhhətində problem yarandığına görə Moskvadakı klinikalardan birinin kardioloji şöbəsinə düşüb. Səhhəti normallaşan kimi onun istintaq təcridxanasına yerləşdiriləcəyi bildirilir.

Sadıqov da tərəvəz bazası ilə bağlı başlanılan cinayət işində digərləri kimi mühacirlərin Rusiya paytaxtında qanunsuz yerləşdirilməsinin təşkilində təqsirli bilinir.

Qeyd edək ki, Qərbi Biryulyovo rayonunda 25 yaşlı Yeqor Şerbakov Şəmkir sakini Orxan Zeynalov tərəfindən qətlə yetirilib. Orxan Zeynalovla bağlı istintaq başa çatıb, onun yaxın zamanda məhkəmə qarşısına çıxarılacağı gözlənilir

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu