Modern.az

Şamaxıda “Sərsəng Harayı” müsabiqəsinə təqdim olunan əsərlər sərgilənib

Şamaxıda “Sərsəng Harayı” müsabiqəsinə təqdim olunan əsərlər sərgilənib

Təhsil

26 May 2014, 17:42

Bu gün Şamaxıda “1905.az” portalı və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyası (AVCİYA) tərəfindən bir müddət əvvəl rəssamlar arasında keçirilən “Sərsəng Harayı” müsabiqəsinə təqdim olunan əsərlərin səyyar qalereyası təşkil olunub. Modern.az-ın məlumatına görə, tədbirdə çıxış edən deputat Elxan Süleymanov bildirib ki, ermənilər qondarma soyqırımı dünyaya tanıtdırmaq yolunda əlindən gələnləri edirlər.
“1905-06-ci illərdə ermənilər Şamaxıda, 1918-ci ildə isə bütün Azərbaycan ərazisində kütləvi qırğınlar törədib. Bu gün Sərsəng su anbarı ətrafında yaranmış problem ermənilərin azərbaycanlılara qarşı təxribatının davamıdır. Su anbarının təhlükəsi ətraf 6 rayonu və bu bölgədə yaşayan 400 min insanı təhlükədə qoyub. Biz bu istiqamətdə müəyyən işlər gördük və AŞPA tərəfindən Sərsənglə bağlı məruzəçi təyin olunmasına nail olduq. Bu istiqamətdə hər bir azərbaycanlı əlindən gələni etməlidir”.

Rafiq Qənərov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu