Modern.az

Sumqayıtdakı partlayışda yanan ana öldü, oğlu isə reanimisiyadadır

Sumqayıtdakı partlayışda yanan ana öldü, oğlu isə reanimisiyadadır

Təhsil

26 May 2014, 17:58


Sumqayıt şəhəri “Qurd dərəsi” adlandırılan ərazidə yaşayanlar - Mahizər Abdurəhmanova və oğlu Murad evdəki vanna otağında  “Ariston” su qızdırıcısının partlaması nəticəsində yanıq xəsarəti alaraq Respublika Yanıq Mərkəzinə aparılıb. Mərkəzin baş həkimi Vüqar Ələkbərov Modern.az-a xəsarət alanların dünən axşam saatlarında xəstəxanaya daxil olduqlarını bildirib: “Səhərə yaxın Mahizər Abdurəhmanova dünyasını dəyişdi, çünki vəziyyəti çox ağır idi. Bədəninin 95-98 faizi (3-cü dərəcə) ağır yanmışdı. 10 yaşlı oğlanın isə bədəninin 60 faizi yanıb, reanimasiyadadır”.

Həkim uşağın həyatı üçün təhlükəsinin çox olduğunu vurğulayıb.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu