Modern.az

Ukraynada vəziyyət yenidən gərginləşdi -1 nəfər öldü

Ukraynada vəziyyət yenidən gərginləşdi -1 nəfər öldü

Təhsil

26 May 2014, 21:38


Ukraynanın Donetsk vilayətində separatçılarla ordu qüvvələri arasında beş vermiş atışmada bir nəfər ölüb. Modern.az “UNİAN”a istinadən xəbər verir ki, atışmada həlak olan dəmir yol vağzalının işçisidir. Məlumata görə o, aldığı qəlpə yarasından ölüb.

Silahlı qarşıdurma nəticəsində iki nəfər də yaralanıb. Zərərçəkənlərdən biri uşaqdır.   Artıq onun xəstəxanadan evə buraxıldığı qeyd olunur.

Qeyd edək ki, Donetskdə separatçılarla hökumət qüvvələri arasında toqquşmalar gedir.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu