Hesablama Palatasının növbəti kollegiya iclasında “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit tədbirlərinin nəticələri üzrə hesabatlar və rəylər geniş müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
“Aqrolizinq” ASC tərəfindən dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntularına yol verildiyi nəzərə alınaraq nəzarət tədbiri üzrə yoxlama materiallarının Baş Prokurorluğa göndərilməsi və nəzarət tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi qərara alınıb.
Məlumatı Hesablama Palatasının mətbuat xidməti yayıb.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirkliyinin tabeliyindəki “Aqrolizinq” ASC-nin sədri Əli Bayramov ötən həftə öz ərizəsi ilə işdən getmişdi.
Modern.az