Modern.az

“Rusiya ilə Ukrayna qaz məsələsində razılığa gələ bilər” - AÇIQLAMA

“Rusiya ilə Ukrayna qaz məsələsində razılığa gələ bilər” - AÇIQLAMA

Təhsil

27 May 2014, 01:25


Ukrayna Rusiyaya 2 milyard dollar dəyərində olan qaz borcunun bir hissəsini ödəyə bilər. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının energetika məsələləri üzrə komissarı Hünter Ettinqer deyib.

O, bununla bağlı 29 mayda razılaşma ola biləcəyi anonsunu verib.    Avropa Komissiyasının rəsmisinin sözlərinə görə Kiyev məbləği ödəməyə razı olacaqsa, Ukrayna iyun ayının 7-də qaz borcunun 500 milyon dollarını verəcək.  

H. Ettinqer tərəflərin qazın qiyməti haqqında razılığa gələ bilmədiyini də vurğulayıb.

“Amma biz danışıqlarda irəliləyişə nail olmuşuq",-deyə H. Ettinqer bildirib. 

Qeyd edək ki, Ukraynanın mart ayına qədər Rusiyaya olan qaz borcunun məbləği 2.2 milyard dollar idi. Aprel ayının sonlarında isə bu rəqəm təxminən 3.5 milyard dollara qədər  yüksəlib.  

 Modern.az    

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu