Modern.az

BŞİH: “Uşaq bağçalarına pulsuz yay mövsümü geyimləri paylanacaq”

BŞİH: “Uşaq bağçalarına pulsuz yay mövsümü geyimləri paylanacaq”

Təhsil

27 May 2014, 09:34


Bakı Şəhəri İcra Hakimiyyətinin Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi təlim-tədris işinin təşkili sektorundan Modern.az-a verilən məlumata görə, yay mövsümü ilə əlaqədar olaraq uşaq bağçalarına yay geyimləri paylanacaq.

“Artıq bununla bağlı işlər həyata keçirilir. Yəqin ki, iyun ayından etibarən geyimlər bağçalara paylanacaq. Çox güman ki, uşaqlar üçün nəzərdə tutulan geyimlər şort-şalvar və maykadan ibarət olacaq”.

İcra Hakimiyyətinin rəsmisi həmçinin bir müddət əvvəl bağça işçilərinə paylanan geyimlərlə də bağlı olan narazılığa da aydınlıq gətirdi:

“Bəzi bağçalarda geyimlə bağlı narazılıqlar oldu, amma çox nahaq yerə. Məgər məktəblərdə müəllimlər al-əlvan geyinir?! Uşaqlar ciddiliyə alışmalıdırlar. Hər yerin öz geyimi olduğu kimi, bağçanın da öz geyimi olmalıdır. Bağça dəbli geyimlərin nümayiş yeri deyil! Biz onlara demirik, bu paltarları evinizdə geyinin”.

Yeni paltarların pambıqdan, gigiyenik qaydalara uyğun hazırlandığını deyən icra nümayəndəsi  müəllimlər üçün nəzərdə tutulan hər geyimin üzərində döş nişanları olduğunu bildirib. “Nişanların üzərində həmin şəxsin adı, soyadı qeyd olunur. Bununla da  kimin kim olduğunu soruşmağa ehtiyac qalmır.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu