Modern.az

“Yeni serial çəkilişi planı hələlik yoxdur”

“Yeni serial çəkilişi planı hələlik yoxdur”

Təhsil

27 May 2014, 09:53

““Hazırda bizdə “Həyat, sən nə qəribəsən”, “Bir ailəm var”, “Sənə inanıram” serialları gedir. Onların çəkilişləri bu il başlanılıb. “Bir ailəm var” serialı bu günə qədər televiziyanın öz maliyyə vəsaiti hesabına çəkilib. 84 seriya hazırdır”. Bunu Modern.az-a “Xəzər” TV-nin sözçüsü Aqşin Kamal deyib.Onun sözlərinə görə, "Bir ailəm var" serialının növbəti seriaları dövlət tərəfindən ayrılan vəsait hesabına çəkiləcək:"Bundan sonrakı seriyaların çəkilişini dövlət tərəfindən ayrılan vəsait hesabına davam edəcəyik. Amma “Həyat, sən nə qəribəsən” (170 seriya), “Sənə inanıram” serialları məhz dövlət vəsaiti hesabına çəkilib”.

Qeyd edək ki, Prezidentin sərəncamına əsasən, serialların çəkilişi üçün televiziya kanallarına 6 milyon manat vəsait ayrılıb. Milli Televiziya və Radio Şurası (MTRŞ) bu vəsaitdən özəl yayımçıların üçün növbəti hissə kimi 200 min manat məbləğində maliyyə yardımı ayrılması barədə qərar qəbul edib. Hazırda ATV telekanalında “Bacanaqlar”, “Ləkə”, “Sonuncu fəsil”, “Toy gecəsi”, “Qız yükü” serialları, “Space”də “Oğurlanmış arzular”, “Tək olanda qorxma”, “Üç bacı” serialları, ANS-də “Göyçək Fatimə”, “Ağabəyovlar”, serialları yayımlanır.

Misranə Həsənzadə

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu