Modern.az

Avrasiya İttifaqının sammiti BAŞLANIR: “Yeni SSRİ” müqaviləsi imzalanacaq

Avrasiya İttifaqının sammiti BAŞLANIR: “Yeni SSRİ” müqaviləsi imzalanacaq

Təhsil

27 May 2014, 11:34

29 may tarixində Astanada Avrasiya Ali İqtisadi Şurasının iclası keçirləcək. Modern.az saytı xəbər verir ki, iclasda Rusiya, Belorus və Qazaxstan prezidentləri  Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləni imzalayacaqlar.

Müqavilə 2015-ci il yanvarın 1-dən qüvvəyə minir. Müqaviləyə görə, hər üç dövlət öz üzərinə malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətinin təmin olunması ilə bağlı öhdəlik götürür. Həmçinin iqtisadiyatın ən vacib sahələri olan enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyatda razılaşdırlmış siyasət yürüdəcəklərini bəyan edirlər. Bununla da MDB məkanında nəhəng ümumi bazarın formalaşdırılması başa çatacaq.

İclasda danışıqlar zamanı Gömrük İttifaqının və Vahid İqtisadi Məkanın praktik aspektləri müzakirə olunacaq. Eyni zamanda gələcəkdə qurumun tərkibinin genişləndirilməsi məsləsi də fikir mübadiləsi aparılacaq.

X.SƏFƏRLİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu