Modern.az

Rəsulzadənin metrodakı barelyefi bərpa olunmayacaq

Rəsulzadənin metrodakı barelyefi bərpa olunmayacaq

Təhsil

27 May 2014, 11:52

“Dərnəgül” deposunun tikiləcəyi ərazinin təmizlənməsinin ilkin mərhələsi artıq başlayıb. Depo qatarların dayanacağıdır. Burada qatarlara baxış keçirilməsi, təmizlənməsi, texniki problemlərinin aradan qaldırılması, maşinistlərin istirahəti üçün otaqlar, müxtəlif inzibati binalar yerləşir. Hər xəttin başında bir depo olmalıdır,  bizdə hazırda bir depo fəaliyyət göstərir. Digər bir depo isə Xocasəndə tikilir. Dərnəgüldəki deponun tikintisi məlum səbəblərdən ləngiyib. Çalışacağıq ki, qısa müddət ərzində onun tikintisinə nail olaq”.

Bunu Modern.az saytına Metropoliten Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bir müddət əvvəl narazılıq yaranan 7-ci mikrorayon ərazisində “Dərnəgül” deposunun tikintisi üçün görülən son işlər barədə danışarkən deyib.

Yeri gəlmişkən, hələ Tağı Əhmədov Bakı Metropoliteninin rəhbəri olanda “28 may” stansiyasında aparılan təmirlə əlaqədar olaraq Məhəmməd Əmin Rəsulzadənin oradakı barelyefi götürülüb. Nizami Paşayev bu stansiyada Rəsulzadənin barelyefinin taleyilə bağlı məsələyə aydınlıq gətirib: “Məhəmməd Əmin Rəsulzadənin barelyefinin götürülməsinin metropolitenə aidiyyatı yoxdur”.

N.Paşayev barelyefin bərpa olunub-olunmayacağı haqda da məlumatı olmadığını deyib.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu