Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabadda 16 yaşlı oğlanın suda batması ilə bağlı məlumat yayıb. Bildirilib ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Cəlilabad rayonu, Privolnoye kəndində Su anbarında batan 1998-ci il təvəllüdlü Ağayev Zakir Xeybər oğlunun axtarışları başa çatdırılıb. Qeyd olunan şəxsin meyiti bu gün Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Modern.az