Modern.az

“Həmsədrlər Qarabağla bağlı neytral ölkədə hesabat vermək istəyirlər” - AÇIQLAMA

 “Həmsədrlər Qarabağla bağlı neytral ölkədə hesabat vermək istəyirlər” - AÇIQLAMA

Təhsil

27 May 2014, 12:16


“Minsk Qrupunun ATƏT-in Bakıda keçirləcək iclasında hesabat verməyi nəzərdə tutulmayıb. Həmsədrlər Azərbaycan- Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə birtərəfli mövqedə olduğundan dinləməyə razı olmurlar. Onlar neytral bir zonada müzakirə aparmaq istəyirlər”.
Bu sözləri ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Eldar İbrahimov ATƏT PA-nın yay sessiyasının gündəliyi barədə Modern.az-a danışarkən bildirib.

“Bir neçə il bundan öncə, Xorvatiyada məsələni qaldırdıq. ATƏT-in Parlament Assambleyasının sədri bunu gündəliyə saldı və məsələ müzakirə olundu. “Münaqişə olan ölkədə məsələ  müzakirə olunmamalıdır” deyə fikirləşirlər”.

Beş günlük sessiyanın gündəliyi Konpenhagendə təsdiq olunsa da, sənəd hələ ki  Azərbaycan nümayəndə heyətinə təqdim olunmayıb. Deputatın sözlərinə görə, yaxın günlərdə gündəlik ATƏT-in Parlament Assambleyasının azərbaycanlı nümayəndə heyətinin üzvlərinə də təqdim olunacaq.  

ATƏT-in Parlament Assambleyasının növbəti il yay sessiyasının hansı ölkədə keçiriləcəyinin məlum olmadığını deyən Eldar İbrahimov növbəti ildə həmsədrlərin  hesabat verməsi məsələni yenidən qaldırıb, məsələnin gündəliyə salınmasına çalışacaqlarını bildirdi.   Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisin sədri Oqtay Əsədov qurumun yayda Bakıda keçiriləcək sessiyasında Minsk Qrupunun öz fəaliyyəti barədə ATƏT PA-da hesabat verməli olduğunu qeyd etmiş və bu məsələni qurumun Bakıda keçiriləcək sessiyasının gündəliyinə salınmasını tələb etmişdi.   Yay sessiyası iyun ayının 28-sən iyul ayının 2-nə kimi davam edəcək. 

Gültəkin ƏLƏSGƏR          
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu