Modern.az

Sabah 35 dərəcə isti olacaq

Sabah 35 dərəcə isti olacaq

Təhsil

27 May 2014, 14:45

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 17-21, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında mayın 28-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu