Modern.az

Peterburqda narkotik alveri edən azərbaycanlı ailə tutulub

Peterburqda narkotik alveri edən azərbaycanlı ailə tutulub

Təhsil

27 May 2014, 15:20

Sankt-Peterburq narkotiklərə nəzarət qurumunun əməkdaşları şəhərin Nevski rayonunu həşişlə təmin edən qruplaşmanı ələ keçirib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, narkotik alveri ilə məşğul olanlar 22 yaşlı Azərbaycan vətəndaşı və onun 50 yaşlı dayısı olub. Onların yaşadığı mənzilə baxış zamanı 5 kiloqram həşiş, 1 kiloqrama yaxın marixuana və 50 qramdan çox kokain aşkar olunub. Saxlanılan dayı və bacıoğlu barəsində cinayət işi qaldırılıb.

  Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu