Xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Əlcəzairə yola düşüb.
XİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə səfərin məqsədi Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin 28-29 may tarixlərində Əlcəzairdə keçiriləcək XVII iclasında iştirak etməkdir.
İclasda nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.
Modern.az