Rusiya prezidenti Vladimir Putin Kiyev hakimiyyətini Ukraynanın cənub-şərqində əməliyyatları dayandırmağa çağırıb.
Modern.az Kremlin saytına istinadən xəbər verir ki, V. Putin İtaliyanın baş naziri Matteo Rensiylə telefon söhbətində bu barədə fikirlərini bildirib. Onun sözlərinə görə Ukrayna dialoqun qaydaya salınmasında maraqlı olmalıdır.
Telefon danışığında Rusiya-İtaliya əlaqələrinin, xüsusən energetika sahəsindəki əməkdaşlığın perspektivindən söz açılıb.Qeyd edək ki, Ukraynada keçirilən prezident seçkilərində Pyotr Poroşenko qalib gəlib.
Prezident seçkilərindən sonra da Ukraynada vəziyyət stabilləşməyib.
Donetskdə rus pərəstlərlə hökumət qüvvələri arasındakı silahlı qarşıdurmada 200-ə yaxın separatçının öldüyü bildirilir.
Aqşin Kərimov