Modern.az

I Avropa Yay Olimpiya Oyunları ilə əlaqədar FHN-də İşçi Qrupun iclası keçirilib

I Avropa Yay Olimpiya Oyunları ilə əlaqədar FHN-də İşçi Qrupun iclası keçirilib

Təhsil

27 May 2014, 16:13


2015-ci ildə I Avropa Yay Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı mədəniyyət və turizm obyektlərinin yanğın və texniki təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış İşçi Qrupun 2014-cü il mayın 27-də iclası keçirilib.

İşçi Qrupun rəhbəri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yangın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Arzu Əliyevin sədrliyi ilə keçirilən iclasda 2015-ci ildə Bakı şəhərində I Avropa Yay Olimpiya Oyunlarının keçiriliməsi ilə əlaqədar tikilməkdə olan və ya hazırda istismar edilən mədəniyyət və turizm obyektlərinin yanğın təhlükəsizlik tələblərinə uyğunluğunun  yoxlanılması, aşkar edilmiş nöqsanların vaxtında aradan qaldırılması işinin təşkili və bu sahədə digər mümkün problemlərin operativ həlli ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub.    

İclasda müvafiq qurumlara mehmanxana, hotellər, muzeylər,  istirahət və əyləncə,  idman-sağlamlıq obyektləri və turistlərin ziyarət edəcəyi güman edilən digər mədəniyyət və turizm obyektlərində qanunamüvafiq qaydada yanğın-texniki müayinələr keçirilməsi, yanğın-texniki müayinələr zamanı yanğından mühafizə sistemlərinin təftiş edilməsi, işçi heyətin yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, baş verə biləcək yanğın zamanı insanların təxliyə olunması qaydalarının öyrədilməsi və müvafiq təlimlərin keçirilməsi, həmçinin ehtiyat çıxış yollarının və su təchizatının daim işlək vəziyyətdə olmasının təmin edilməsi tapşırılıb.        

İşçi qrupun iclasında mehmanxana və hotellərin, ictimai iaşə müəssisələrinin yanğın təhlükəsizliyinin təmin olunması ən vacib sahələrdən biri kimi diqqət mərkəzində dayanıb. Mehmanxana və hotellərdə, ictimai iaşə müəssisələrində ərazilərin saxlanması, elektrik qurğuları, şəbəkələr və işıqlandırıcılar, yanğınsöndürmə vasitələri, isitmə və havadəyişmə sistemi, kütləvi tədbirlərin keçirilməsi üçün konfrans zalları və digər otaqlarla bağlı yanğın təhlükəsizliyi tədbirləri, yanğın baş verən zaman insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın zamanı hərəkətlər geniş müzakirə obyekti olub və bu istiqamətdə müvafiq tapşırıqlar verilib.

İclasda I Avropa Yay Olimpiya Oyunlarının keçiriləcəyi obyektlərdə yanğına qarşı təbliğat işlərinin aparılmasının, yanğın təhlükəsizliyi bilgilərini təbliğ edən əyani vəsaitlərdən, o cümlədən sosial reklam daşıyıcılarından geniş istifadə olunmasının vacibliyi vurğulanıb.

2015-ci ildə I Avropa Yay Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı mədəniyyət və turizm obyektlərinin yanğın və texniki təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış İşçi Qrupun iclasında qarşılıqlı fəaliyyətin təmin olunması məqsədi ilə həmin qrup nümayəndələrinin də təmsil olunduğu Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçiriləcək tədbirlər də müzakirə edilib.

Hikmət Xudiyev,
FHN Dövlət Yanğın Nəzarəti Xidməti Yanğına qarşı təbliğat şöbəsinin rəisi,
daxili xidmət polkovniki
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu