Deputat Elxan Süleymanov həmkarı Zahid Orucun parlament üzvlərinin bir qismini fəaliyyətsiz hesab etməsinə münasibət bildirib.
Modern.az-ın xəbərinə görə, millət vəkili Elxan Süleymanov həmkarları haqqında belə bir ifadə işlətməyin tərəfdarı olmadığını söyləyib:
“Mən fəaliyyətsiz millət vəkili tanımıram. Ola bilər ki, hansısa millət vəkilinin parlamentdə fəaliyyəti görünmür. Amma onun öz bölgəsində fəaliyyəti var. Millət vəkili kimi xarici siyasətdə fəaliyyəti var. Millət vəkilinin əsas amalı seçiciləri ilə işləməkdir. Vəd edək ki, millət vəkili birinin sağında oturub hər gün çıxış etmir. Bu o demək deyil ki, millət vəkili fəaliyyət göstərmir”.
Rafiq Qənbərov