Modern.az

Fələstin lideri də İlham Əliyevi təbrik etdi

Fələstin lideri də İlham Əliyevi təbrik etdi

Təhsil

27 May 2014, 21:00

 

Fələstin prezidenti Mahmud Abbas Azərbaycan prezidenti İlham Əliyevi  Respublika Günü münasibətilə təbrik edib. 28 May münasibəti ilə edilən təbrik məktubunda deyilir:  

“Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizi, qardaş Azərbaycan xalqını və hökumətini səmimi qəlbdən təbrik edirəm. Bu bayramın xalqınız və ölkəniz üçün daha böyük inkişaf və rifahla əlamətdar olmasını ən xoş arzularla diləyirik.

Fürsətdən istifadə edərək, azadlıq, öz müqəddəratını təyinetmə və torpaqlarımızın işğalına son qoymaq və müstəqil Fələstin Dövləti qurmaq uğrunda apardığımız mübarizədə göstərdiyiniz qətiyyətli dəstəyə və həmrəyliyə görə Zati-alinizə dərin təşəkkürümüzü çatdırmaq istərdim.


Zati-aliləri, bir daha səmimi təbriklərimizi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik diləyir, xalqlarımızı və ölkələrimizi birləşdirən möhkəm qardaşlıq münasibətlərinin inkişafını arzulamaqdan sonsuz məmnunluq duyuram”.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu