Modern.az

Lordlar Palatasının üzvü 81-ci dəfə Qarabağa gəldi

Lordlar Palatasının üzvü 81-ci dəfə Qarabağa gəldi

Təhsil

27 May 2014, 23:00


Böyük Britaniya Lordlar Palatasının üzvü, baronessa Kerolayn Koks Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Dağlıq Qarabağdakı separatçı rejimin “parlament sədri” Aşot Qulyan K. Koksun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı qeyd olunub ki, bu, baronessanın Dağlıq Qarabağa 81-ci səfəridir.

Qondarma Dağlıq Qarabağ “respublika”sının “spikeri” A. Qulyan baronessanı xatirə medalı ilə təltif edib.

Koks isə bildirib ki, tanınmamış Dağlıq Qarabağ ona doğma “ölkə” olub.  

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu