Modern.az

Sərkisyandan Poroşenkoya müəmmalı təbrik

Sərkisyandan Poroşenkoya müəmmalı təbrik

Təhsil

28 May 2014, 00:49

 

Ermənistan prezidenti Serj Sərkisyan Ukraynanın yeni seçilmiş dövlət başçısı Pyotr Poroşenkoya təbrik məktubu ünvanlayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, S. Sərkisyan Ukraynda prezident seçkilərində qalib gələn oliqarx P. Poroşenkoya uğurlar arzulayıb. O, Ukrayna ilə Ermənistanın əməkdaşlığının inkişaf etdirilməsinin də vacibliyini vurğulayıb.

Qeyd edək ki, Ermənistan Rusiyanın Krımı işğal etməsini də dəstəkləmişdi. Rəsmi Yerevan BMT-də Ukraynanın ərazi bütövlüyü ilə bağlı səs qoyulan qətnamədə Rusiyanın lehinə səs vermişdi.  

Belə bir vəziyyətdə Rusiyadan asılı olan və Moskvanın siyasi çətiri altında  hərəkət edən Ermənistanın P. Poroşenkonu təbrik etməsi təəccüb doğurmaya bilməz.  

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu