ABŞ prezidenti Barak Obama ölkəsinin Əfqanıstanda xidmət edən hərbiçilərinin geri çağırılması ilə bağlı açıqlama verib.
Modern.az xarici qaynaqlara istinadla xəbər verir ki, Ağ Ev rəhbəri bu zaman ABŞ-ın Əfqanıstandakı hərbi missiyasını ən uzun müharibə kimi xarakterizə edib.
Onun sözlərinə görə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ən uzun müharibənin başa çatmasıdır.
B. Obama 2015-ci ilin ilk aylarından etibarən “Əl-Qaidə”yə qarşı mübarizə aparmaq üçün Əfqanıstanın fərqli yerlərində 9 min 800 nəfər ABŞ xidməti personalının saxlanılcağını da deyib.Qeyd edək ki, 2014-cü ilin sonuna qədər ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması nəzərdə tutulub.
Modern.az