Modern.az

Daxili işlər naziri Bərdəyə gedir

Daxili işlər naziri  Bərdəyə gedir

Təhsil

28 May 2014, 13:01

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 31-də saat 10:00-da Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Coranboy, Naftalan və Xocalı rayonlarının sakinlərini qəbul edəcək.

DİN-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, eyni zamanda, qeyd olunan rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifəsində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idmançı cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli şəxslər də qəbulda iştirak edə bilərlər.  

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Boyu 180 santimetrdən aşağı olan vətəndaşların işlə təmin olunmaları ilə əlaqədar müraciətlərinə baxılmayacaq. 


Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu