ABŞ prezidenti Barak Obama Pyotr Poroşenkonu Ukraynada keçirilən prezident seçkilərində yüksək nəticə əldə etdiyinə görə təbrik edib.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, telefonla əlaqə saxlayan Obama ölkədə stabilliyin bərpa olunmasında və vacib islahatların aparılmasında Ukrayna xalqını dəstəkləyəcəyini bildirib. Poroşenko cavab olaraq ABŞ prezidentinə Ukraynanı dəstəklədiyinə görə təşəkkür edib. Onlar yaxın vaxtda görüşəcəkləri barədə razılığa da gəliblər.
Modern.az