Modern.az

Füzulidə Respublika günü qeyd olundu

Füzulidə Respublika günü qeyd olundu

Təhsil

28 May 2014, 15:28
Horadiz şəhərindəki Mədəniyyət Sarayında 28 may – Respublika Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.  Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bir qrup ictimaiyyət nümayəndəsi ilə birlikdə Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Sonra icra başçısı Alı Alıyev çıxış edərək, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb. Alı Alıyev qeyd edib ki, cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC çox şərəfli və mürəkkəb bir yol keçib, müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika olub. Bildirib ki, AXC qısa müddət ərazində fəaliyyət göstərsədə onun kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar olub. Alı Alıyev qeyd edib ki, bu gün Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, o cümlədən dinamik sosial-iqtisadi inkişafın əsası 96 il əvvəl qoyulmuş dövlət müstəqilliyinin bəhrəsidir. - “Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir və inkişaf etdirir. Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanda həyatın bütün sahələrində gerçəkləşdirilən möhtəşəm islahatların bəhrələrini gördükcə tam əsasla demək olar ki, Azərbaycanın müstəqilliyi dönməzdir və əbədidir”.

Tədbirdə Rayon Məhkəməsinin hakimi Məhəmməd Bağırov məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan Xalq Cumhuriyyətinin cəmi 23 ay mövcud olmasına baxmayaraq, o, Azərbaycan xalqına azadlığı hiss etmək imkanı verib, 70 il sonra-1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa edib. Çıxış edənlər cəmi 23 il mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın ictimai fikir tarixində, Azərbaycan xalqının dövlət suverenliyinin bərpası yolunda layiqli yer tutduğunu vurğulayıblar.
Tədbirdə həmçinin cari məsələlər də müzakirə olunub. Alı Alıyev təhsil, səhiyyə, mədəniyyət məsələləri, işıq, su, qaz, elektrik enerjisi ilə bağlı aidiyyatı idarə müəssisə rəhbərlərinə konkret göstəriş və tapşırıqlar verib.



Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu