Modern.az

Gülər Əhmədova vəkilinə danışmağı qadağan edib

Gülər Əhmədova vəkilinə danışmağı qadağan edib

29 May 2014, 11:52

Eks-deputat Gülər Əhmədova vəkilinə danışmağı qadağan edib. Bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılan sabiq deputatın vəkili G.Əhmədovanın bəraət almaq üçün müraciət edəcəyi ilə bağlı açıqlama vermişdi. Vəkil Apelyasiya Məhkəməsinin qərarını nəzərə alıb Ali Məhkəməyə kasasiya şikayəti verəcəyini bildirmişdi. Amma Əfsər Talıblının verdiyi son açıqlama deyəsən müvəkkilinin xoşuna gəlməyib. Belə ki, G. Əhmədova vəkilinə danışmağı, ümumiyyətlə mediaya hər hansı açıqlama verməyi qadağan edib. 

İş burasındadır ki, şərti azadlığa buraxılandan iki gün sonra sabiq deputat Gülər Əhmədovaya da danışmaq qadağası qoyulmuşdu. Bu barədə mediaya onun həyat yoldaşı Fikrət Əhmədov açıqlama verərək hazırda xanımının həkim nəzarətində olduğunu və ona danışmağı qadağan etdiklərini bildirmişdi.

Sabiq deputat Gülər Əhmədova fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Apelyasiya Məhkəməsi “külli miqdarda dələduzluq” və “qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə” maddələri ilə 3 illiyə azadlıqdan məhrum edilmiş sabiq deputat Gülər Əhmədovanın kasasiya şikayətini təmin edib məhkəmə zalından azadlığa buraxılıb.

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu