Modern.az

Ukraynada döyüşən çeçenlərə gündə 300 dollar verilir - FOTOLAR

Ukraynada döyüşən çeçenlərə gündə 300 dollar verilir - FOTOLAR

29 May 2014, 12:25

Çeçenistandan olan yaraqlılar Donbasdakı döyüşlərdə iştirak etdiklərinə görə hər gün 300 dollar alırlar. Modern.az saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu daxili işlər nazirinin müşaviri Stanislav Reçinski deyib: “Qondarma Dnepropetrovsk Xalq Respublikasının tərəfində hərbi döyüşlərdə iştirak edən Kadırovçuların bir hissəsi öldürülüb. Onların arasında Dağıstanın, Çeçenistanın və Osetiyanın milis bandalarının nümayəndələri də var. Bizim məlumatımıza görə, onlar sutka ərzində 300 dollar alırlar”.

“Ostrov” saytının baş redaktoru Sergey Qemaş isə Slavyansk, Kramatorsk və Mariupoldakı terrorçu-çeçenlərin Ramzan Kadırovun “Vostok” batalyonunun yaraqlıları olduğunu bəyan edib. Donetsk separatçılarının komandirlərindən biri, “Abver” ləqəbi ilə daha çox tanınan Sergey Zdrilyuk isə təsdiq edib ki, çeçen yaraqlıları “Dnepropetrovsk Xalq Respublikası”nın qruplaşmalarındakı terrorçulara yardım üçün gəliblər. O, Donetskdə keçirilən terror əleyhinə əməliyyatlarda 100-ə yaxın terrorçunun məhv edildiyini də təsdiqləyib: “Sayı hələ tam dəqiqləşdirə bilməmişik. Çünki bütün meyitləri hələ ki toplamamışıq. Ancaq təsdiqləyirəm ki, ölənlər “Vostok” batalyonunun üzvləridir.






Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu