Modern.az

Qocalar pulsuz tibbi müayinədən keçdilər - FOTO

Qocalar pulsuz tibbi müayinədən keçdilər - FOTO

29 May 2014, 12:41

Dövlət himayəsində yaşayan tənha ahılllar pulsuz tibbi müayinədən keçiriliblər.

 

Mayın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Müharibə və Əmək Əlilləri üçün Pansionatının (Qocalar evi) sakinləri Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin əməkdaşları tərəfindən tibbi müayinədən keçiriliblər. Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, pansionatda dövlət himayəsində yaşayan 156 nəfər tənha ahıl və əlil şəxs Milli Onkologiya Mərkəzinin müvafiq tibbi avadanlıqlarla təchiz olunmuş səyyar diaqnostik kompleksində ətraflı müayinə ediliblər. Tədbirdə məqsəd həmin insanların rentgen və ultrasəs, laboratoriya, ginekologiya, ultrasonoqrafiya, mamoqrafik müayinəsinin aparılması, həmçinin qadınlarda süd vəzi xəstəliklərinin, şişlərin əlamətlərinin və digər xəstəlikləri aşkarlanması, profilaktik yardımın təşkil edilməsi olub. Tədbir çərçivəsində pansionat sakinlərinə tibbi məsləhət xidməti də göstərilib, onların tibbi maarifləndirilməsi həyata keçirilib. Xəstəliklər aşkar olunan şəxslərin müvafiq müalicə prosedurlarına cəlb olunacağı bildirilib.

Belə tədbirlərin təşkili pansionat sakinlərinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanması və qarşısının alınmasına xidmət edir. Tənha ahıl və əlil insanlar Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin, o cümlədən dövlət himayəsində yaşayan insanların sağlamlığının mühafizəsinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər. Onlar həmçinin yaşadıqları bu sosial xidmət müəssisəsində hərtərəfli qayğı ilə təmin olunduqlarına görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.


 
  Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu