Mayın 28-də erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin Füzuli rayonu ərazisindəki mövqelərimizə hücumu zamanı qəhrəmancasına şəhid olan Fikrət Məmmədov bu gün İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Modern.az –ın verdiyi məlumata görə, dəfn mərasimində Müdafiə Nazirliyinin, birlik, birləşmə və hərbi hissələrin şəxsi heyəti, yerli icra orqanları, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər.
Şəhidin vida mərasimində çıxış edən Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani zabitin döyüş tapşırığını yerinə yetirərkən cəsarət və şəxsi igidlik göstərdiyi üçün ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə təqdimat göndərildiyini bildirib.Modern.az