Modern.az

Ukraynada Moskvaya təxribat təlimləri keçməyə gedən dəstə tutulub

Ukraynada Moskvaya təxribat təlimləri keçməyə gedən dəstə tutulub

29 May 2014, 12:52
Ukrayna Təhlükəsizlik Xidməti Odessa dəmir yolu vağzalında Moskvadakı xüsusi məktəbdə təxribat təlimləri keçməyə gedən 8 nəfəri saxlayıb. Modern.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu haqda Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb. Gələcək təxribatçılar Odessa vilayətinin sakinləridir, onlar Rusiya xüsusi xidmət orqanları tərəfindən ələ alınıblar və Moskvaya Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin baş qərargahında müvafiq hazırlıq keçməyə gedirmişlər. Moskvadan qayıdan təxribatçılar Donetsk və Odessa vilayətlərində terror aktları həyata keçirməyi də planlaşdırırmışlar. Təxribat qrupuna 45 yaşlı Ukrayna vətəndaşı, keçmiş hərbçi mayor rəhbərlik edib. O da saxlanılanlar arasındadır. Təlim keçib Ukraynaya qayıdan həmin təxribatçıların hər birinə ayda 1000 dollar və ayrıca xüsusi mükafat da verilməsi nəzərdə tutulurmuş. 





Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu