Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, mayın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 16-21, gündüz 24-29 dərəcə isti olacaq.
Yaxın iki gün ərzində biometeorolji amillərin nromal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən, əlverişlidir.
Mayın 30-da Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 16-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.
Modern.az