Modern.az

Ermənistan iyunun 15-dək Avrasiya İttifaqına qoşulacaq

Ermənistan iyunun 15-dək Avrasiya İttifaqına qoşulacaq

29 May 2014, 13:28



Ermənistan prezidenti Serj Sərkisyan Avrasiya İqtisadi İttifaqına qoşulmaqla bağlı müqaviləni iyunun 15-nə qədər imzalamağı təklif edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Astanada keçirilən Avrasiya İqtisadi İttifaqının ali iclasında çıxış edən Sərkisyan bununla bağlı müvafiq sənədin artıq hazır olduğunu deyib: “Xahiş edirəm Ermənistan Respublikasının bu ittifaqa qoşulması ilə bağlı müqavilənin imzalanma müddətini iyunun 15-də qədər müəyyənləşdirəsiniz”.

Bu gün həmin ittifaqın yaradılması ilə bağlı müqaviləni Rusiya, Belarus və Qazaxıstanın imzalayacağı gözlənilir.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu