Modern.az

İlham Mirzəyevin vəkili: “Məhkəmənin vaxtı hələ açıqlanmayıb”

İlham Mirzəyevin vəkili: “Məhkəmənin vaxtı hələ açıqlanmayıb”

29 May 2014, 13:30

“İlham Mirzəyevlə bağlı istintaqın gedişi ilə bağlı heç bir yeni məlumat yoxdur”. Bu barədə Modern.az-a tanınmış teleaparıcının vəkili Xanlar Ələkbərzadə açıqlama verib. “Heç bir dəyişiklik yoxdur. Məhkəmənin vaxtı da açıqlanmayıb. Hələ ki, istintaq gedir”.

Yaxınları ilə görüşməyə heç bir məhdudiyyət qoyulmnadığını deyən Xanlar Ələkbərzadənin sözlərinə görə, İlham Mirzəyev çox güman ki yaxınları ilə görüşür.
“Belə bir qadağa qoyulmadığından yəqin ki, yaxınları onunla görüşür. İlham Mirzəyev ona qarşı sürülən ittihamla razılaşmır”.

Qeyd edək ki, “Space” telekanalının tanınmış aparıcısı aprelin 10-da saxlanılıb. Aprelin 12-də Nərimanov Rayon Məhkəməsində tanınmış teleaparıcı İlham Mirzəyevlə bağlı məhkəmə prosesi keçirilib. Məhkəmə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib.  Ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq gedir.

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu