Modern.az

28 may bayramı Aktauda qeyd olunub - FOTO

28 may bayramı Aktauda qeyd olunub - FOTO

29 May 2014, 14:08


Azərbaycanın Aktau şəhərindəki Baş konsuluğu tərəfindən 28 may - Respublika günü ilə bağlı Qazaxıstanın Uralsk şəhərində rəsmi qəbul keçirilib. Baş konsulluqdan Modern.az-a verilən məlumata görə, əvvəlcə Qərbi Qazaxıstan vilayətinin Uralsk şəhərinin Dram Teatrında təşkil olunmuş tədbirdə Azərbaycan və Gürcüstan Rəssamlar İttifaqının üzvü, rəssam Sabir Çopuroğlunun rəsm sərgisinin və Azərbaycanın tarixi və mədəniyyətini əks etdirən foto və kitab sərgilərinin açılışı olub.

Dünyada neft ilə rəsmlər çəkən yeganə rəssam S.Çopuroğlunun əsərləri ilə yanaşı foto sərgidə ölkəmizin tarixi və müasir dövrünü əks etdirən, həmçinin Bakı şəhərinin müxtəlif fotoşəkilləri nümayış etdirilib. Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov və Qərbi Qazaxstan vilayətinin akimi (qubernatoru) Nurlan Noqayev rəmzi qırmızı lenti kəsərək sərginin rəsmi açılışını elan ediblər. Sərgidə nümayiş etdirilən rəsm əsərləri və fotoşəkillər haqqında qonaqlara məlumat verilib. Daha sonra, 28 may - Respublika günü ilə bağlı  Baş konsulluq tərəfindən rəsmi qəbul keçirilib. Qəbulda Qərbi Qazaxstan vilayətinin və Uralsk şəhər akimiyyətlərinin rəsmiləri, Uralsk şəhəri ictimaiyyətinin nümayəndələri, Uralsk şəhərində fəaliyyət göstərən azərbaycanlıların “Birlik” milli-mədəni cəmiyyətinin üzvləri, habelə digər xalqların milli-mədəni cəmiyyətlərinin rəhbərlər və üzvləri, Qazaxıstanın Atırau və Aktyubinsk vilayətlərində fəaliyyət göstərən azərbaycanlıların milli-mədəni cəmiyyətlərinin üzvləri, yerli kiv nümayəndələri iştirak ediblər. Baş konsul Rəşad Məmmədov tədbiri açaraq, ölkəmizin yaranma tarixindən və dövlət müstəqilliyini bərpasından danışıb. O, mərhum prezident Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət nəticəsində ölkəmizin möhkəmlənməsi və inkişafında qazandığı uğurları qeyd edərək, müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının dünyada ən sürətlə inkişaf edən lider ölkəyə çevrilməsindən danışıb. Baş konsul çıxışında Azərbaycan – Qazaxıstan münasibətləri, iki ölkə arasında iqtisadi imkanlar, mövcud iri layihələr barədə qəbul iştirakçılarına ümumi məlumat verib. Daha sonra Qazaxıstan Respublikası Qərbi Qazaxıstan vilayətinin akimi (qubernatoru) Nurlan Noqayev çıxış edərək, rəsmi qəbul iştirakçılarını bayram münasibəti ilə təbrik edib. N.Noqayev Azərbaycan və Qazaxıstan arasında siyasi, iqtisadi və hümanitar sahədə əlaqələrinin yüksək səviyyədə olduğundan danışaraq, vilayətdə yaşayan soydaşlarımızın, habelə vilayətdə fəaliyyət göstərən azərbaycanlıların “Birlik” milli-mədəni cəmiyyətinin önəmindən bəhs edib.

Daha sonra Baş konsulluq tərəfindən Qazaxıstan Respublikası Qərbi Qazaxıstan vilayətində Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin inkişafında rolu olan Uralsk şəhərində fəaliyyət göstərən azərbaycanlıların “Birlik” milli-mədəni cəmiyyətinin üzvləri, habelə digər xalqların milli-mədəni cəmiyyətlərinin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri Baş konsulluğun fəxri fərmanları və xatirə hədiyyələri ilə təltif olunublar.


    Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu