Modern.az

Hafiz Hacıyev: “Ana Vətən Partiyası Elçibəyin xeyir-duası ilə yaradılıb”

Hafiz Hacıyev: “Ana Vətən Partiyası Elçibəyin xeyir-duası ilə yaradılıb”

29 May 2014, 14:13


“Biz o zaman hamımız mərhum Elçibəyin ətrafındaydıq. Ana Vətən Partiyasının yaranma məsələsi də onda gündəmə gəldi”. Bunu Modern.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

O bildirib ki, partiyanın yaradılması ilə bağlı təşəbbüs qrupunun bütün iclasları onun kabinetində keçirilib: “Fəzail Ağamalı və digərləri ilə birgə partiyanın yaranması təşəbbüsü ilə çıxış etdik. Biz xalq hərəkatının yaradıcılarından olmuşuq. Çox təəssüf ki, sonradan Xalq Cəbhəsinə dələduzlar gəlib toplaşdı. Sonradan bunun qarşısı alınmaz oldu. O zaman Leyla Yunus kimi birisi Xalq Cəbhəsinin İdarə Heyətinə daxil oldu. Sonra isə Xalq Cəbhəsində xaos yarandı. Beləliklə, mərhum Elçibəyin xeyir-duası ilə Ana Vətən Partiyasının təşəbbüs qrupunu yaratdıq”.

Qeyd edək ki, Ana Vətən Partiyasının sərdi Fəzail Ağamalı Modern.az-a müsahibəsində partiyanın təşəbbüs qrupunun üzvləri arasında o vaxt MMP sədri Hafiz Hacıyevin də olduğunu bildirib.

Rafiq Qənbərov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu