Modern.az

Bulvarda atraksionlar havayı olacaq

Bulvarda atraksionlar havayı olacaq

29 May 2014, 14:17
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Dənizkənarı Milli Parkda atraksionlar pulsuz olacaq”. Bunu Modern.az-a açıqlamasında Nazirlər Kabineti yanında  Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirdi. İdarə rəsmisinin sözlərinə görə, aksiya 1 iyun saat 09:00-dan günorta saat 13:00-a qədər davam edəcək. İstənilən şəxs gələrək burada istirahət edə və bolluca əylənə bilər. Qeyd edək, Dənizkənarı Bulvar İdarəsi mütəmadi olaraq imkanı zəif ailələri nəzərə alaraq atraksionlardan pulsuz istifadə aksiyaları keçiririr.



Gülşən RAUFQIZI  
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu